Türkiyə XİN rəhbəri İrana səfər edib

Türkiyə XİN rəhbəri İrana səfər edib
# 26 noyabr 2016 13:27 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu gözlənilmədən Tehrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, M. Çavuşoğlu İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Sonra M. Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Görüşdə M. Çavuşoğlunun ikitərəfli əlaqələrin inkişafı, regiondakı münaqişələr, o cümlədən Suriya böhranı müzakirə olunub.

Qeyd edək ki, bu, Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra M. Çavuşoğlunun Tehrana ikinci səfəridir. M. Çavuşoğlunu səfərdə Türkiyənin təhlükəsizlik naziri müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR