Qəbələ və Nardaran sakinlərindən silah götürülüb

Qəbələ və Nardaran sakinlərindən silah götürülüb
# 05 iyun 2018 09:09 (UTC +04:00)

Qəbələ rayonu və Nardaran qəsəbəsi sakinlərindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bum qəsəbə sakini Nadir Zeynalovdan müvafiq sənədləri olmayan “ТОЗ-16” markalı ov tüfəngi müsadirə olunub.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayan Elçin Cəbrayılov müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-54” markalı ov tüfəngini 42-ci Polis Bölməsinə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR