SOCAR 2017-ci ildə neft hasilatını 1,3%-ə qədər azaldıb

SOCAR 2017-ci ildə neft hasilatını 1,3%-ə qədər azaldıb
# 16 yanvar 2018 06:46 (UTC +04:00)

2017-ci ildə SOCAR 7 mln. 427,1 min ton neft hasil edib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 1,27% azdır.

APA-Economics”in məlumatına görə, bu barədə SOCAR-ın statistik məlumatlarında deyilir. 2017-ci ilin dekabr ayı ərzində SOCAR tərəfindən 624,3 min ton neft hasil olunub ki, bu da 2016-cı ilin dekabr ayı ilə müqayisədə 6,55% çoxdur. 2017-ci ilin noyabr ayı ilə müqayisədə isə neft hasilatının həcmi 3,36% çoxdur.

2017-ci ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 38 mln. 688,9 min ton təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 5,72% azalma deməkdir.

2017-ci ilin dekabr ayında isə Azərbaycan üzrə hasilat 3 mln. 362,4 min ton təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,43% çoxdur. 2017-ci ilin noyabr ayı ilə müqayisədə isə neft hasilatı 5,93% çoxdur.

2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 522,4 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR