Astarada ağır qəza nəticəsində 3 nəfər yaralanıb - YENİLƏNİB

Astarada ağır qəza nəticəsində 3 nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2017 21:22 (UTC +04:00)

Astarada minik avtomaşını dərəyə yuvarlanıb, 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astaranın Hamoşam kəndi ərazisində qeydə alınıb. Belə ki, Astaranın Siyəku kənd sakini 1976-cı il təvəllüdlü Aqil Məlikovun idarə etdiyi “Niva”markalı minik avtomaşını ilə hərəkətdə olarkən idarəetməni itirib və dərəyə aşıb. Nəticədə sürücü və həmkəndliləri Sərnişinlər 2000-ci il təvəllüdlü Murad Mirəlizadə və 2001–ci il təvəllüdlü Yusif adlı şəxs ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Onların vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

***** 22.58

Astarada üç nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində qeydə alınıb. Hələlik kimliyi məlum olmayan 3 nəfər ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR