İstehlak kreditləşməsi 27% azalıb

İstehlak kreditləşməsi 27% azalıb
# 09 avqust 2017 09:26 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2017-ci ilin iyulun 1-nə 13 882 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 092,7 mln. manat və ya ümumi həcminin 37%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 819,2 mln. manat və ya 26,32% azalıb.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 15,7%-lik payla “Ticarət və xidmət”, 12,5%-lik payla daşınmaz əmlakın tikintisinə və

alınmasına (ipoteka krediti daxil olmaqla), 7,5%-lik payla sənaye və istehsal, 7,4%-lik payla nəqliyyat və rabitə, 6,4%-lik payla inşaat və əmlak, 4%-lik payla energetika, kimya və təbii ehtiyatlar, 3,1%-lik payla kənd təsərrüfatı və emal sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR