Neftçalada baş verən avtoqəzada 2 nəfər xəsarət alıb

Neftçalada baş verən avtoqəzada 2 nəfər xəsarət alıb
# 16 sentyabr 2017 20:23 (UTC +04:00)

Neftçalada 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan-Neftçala magistral yolunun Neftçala rayonu Ballıcalı kəndi ərazisindən keçən hissəsində VAZ 2106 markalı avtomobilin motosikletlə toqquşması nəticəsində həmin kəndin sakinləri, 20 yaşlı Ayaz Bulud oğlu Məmmədli və 22 yaşlı Rəfael Ramiz oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR