Xırdalanda maşın piyadanı vuraraq öldürüb

Xırdalanda maşın piyadanı vuraraq öldürüb
# 17 dekabr 2019 12:46 (UTC +04:00)

Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 16-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində Kürdəmir rayon sakini O.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR