İmişlidə “Mercedes” dərəyə aşıb, sürücü xəsarət alıb

İmişlidə “Mercedes” dərəyə aşıb, sürücü xəsarət alıb
# 25 mart 2017 19:13 (UTC +04:00)

İmişlidə yol qəzası nəticəsində sürücü xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Bəcrivan kəndində “Mercedes” markalı minik avtomobilinin sürücü 1980-ci il təvəllüdlü Hüseynov Eldəniz Famil oğlu idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb.

Sürücü müxtəlif xəsarətlərlə İmişli mərkəzi rayon xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR