Deputat İsmayıllıda seçiciləri ilə görüşüb

Deputat İsmayıllıda seçiciləri ilə görüşüb
# 30 dekabr 2016 06:42 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov dekabrın 29-da İsmayıllıda seçicilərini qəbul edib.

Deputatın qərargahından APA-ya bildirilib ki, qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında keçirilib. Millət vəkili qəbula gələn sakinləri qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib və onların problemləri ilə maraqlanıb. Sakinlərin qaldırdığı məsələlər əsasən şəxsi məişət problemləri və digər məsələlərdən ibarət olub. Deputat belə problemlərə həmişə olduğu kimi bu dəfə də diqqətlə yanaşıb və bir neçə məsələ yerindəcə həll olunub.

Qəbuldan sonra sakinlərə bayram sovqatları paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR