Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb
# 09 sentyabr 2017 11:58 (UTC +04:00)

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, sentyabrın 7-dən başlayan proses sentyabrın 8-i saat 24:00-dək yekunlaşıb.

Əlavə yerləşdirmədə müsabiqədə müvafiq keçid balı toplamış və vakansiya tutmaq hüququ qazanmayan namizədlər iştirak edib.

Bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunub. Nəticələr gələn həftə ərzində elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR