Bakıda sərxoş sürücü qəza törədib, 2 nəfər xəsarət alıb

Bakıda sərxoş sürücü qəza törədib, 2 nəfər xəsarət alıb
# 13 noyabr 2017 03:33 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, Rüstəm Rüstəmov küçəsində qeydə alınmış avtoqəzaya sürücünün sərxoş halda sükan arxasına əyləşməsi səbəb olub.

1989-cu il təvəllüdlü Rzayev Samir Akif oğlu idarə etdiyi "BMW" markalı avtomobillə Elşən Süleymanov küçəsi boyu hərəkətdə olan zaman idarəetmədən çıxan avtomobil əvvəlcə yol kənarındakı səkiyə, daha sonra isə Rüstəm Rüstəmov küçəsindəki yanacaqdoldurma məntəqəsinin beton divarına çırpılıb. Nəticədə sürücü S.Rzayev və onun sərnişini, 1989-cu il təvəllüdlü Ağayev Yavər Baloğlan oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan Y.Ağayevin vəziyyətinin ağır olduğu deyilir.

Əraziyə cəlb olunmuş Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücü S.Rzayevin sərxoş halda sükan arxasına əyləşdiyini müəyyən edib. Yol qəzasının təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR