Yunanıstanda İran səfirliyinin əməkdaşlarına sui-qəsd cəhdi olub

Yunanıstanda İran səfirliyinin əməkdaşlarına sui-qəsd cəhdi olub
# 02 aprel 2018 23:23 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinada İran səfirliyinin iki əməkdaşına qarşı sui-qəsd cəhdi olub.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan polisinin mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, martın 28-də bıçaqla silahlanmış şəxs İranın Yunanıstandakı səfirliyi qarşısında diplomatlara hücum edib. Şəxsiyyəti müəyyənləşdirilərək saxlanılan 47 yaşlı İran vətəndaşı aprelin 1-də məhkəmənin qərarı ilə həbs edilib. O ifadələrində cinayət əməllərini etiraf edib.

Bundan əlavə onun iki dəfə diplomatik missiyanın girişində yanğın törətmək cəhdi də üzə çıxıb. İnsidentin motivləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR