Ələt-Astara magistralında mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Ələt-Astara magistralında mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 24 noyabr 2016 12:20 (UTC +04:00)

Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 24-də, saat 11.55 radələrində Ələt-Astara magistralının 157-ci kilometrliyində, Təzə Alvadı kəndi ərazisində qeydə alınıb.

Masallının Çaxırlı kənd sakini, 1961-ci il təvəllüdlü Məharət Xamməd oğlu Xancanovun idarə etdiyi “Mersedes” markalı, 10 ME 461 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə sürücü də daxil olmaqla daha 6 sərnişin – Masallının Çaxırlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Babək Allahverdi oğlu Məmmədov, 1972-ci il təvəllüdlü İlhamə Allahyar qızı Rəhimova, 1968-ci il təvəllüdlü Sirac Əvəz oğlu Alışov, 1959-cu il təvəllüdlü Aidə Vəli qızı Qurbanova, 1999-cu il təvəllüdlü Cavad Sirac oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Musa Şahmar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Zərərçəkmişlərə müvafiq tibbi yardım göstərilib. Onlardan 5 nəfəri ambulator müalicəyə buraxılıb.

Mikroavtobusun sürücüsü və sərnişin Musa Talıbov isə stasionar müalicəyə cəlb olunub

İlkin versiya kimi hadisənin nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verdiyi bildirilir.

Qəzanın dəqiq başvermə səbəbləri ekspertizanın çıxaracağı yekun rəydən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

***

12:40

Ələt-Astara magistralında mikroavtobus aşıb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR