Gürcüstan Azərbaycandan benzin və dizel yanacağının idxalını azaldıb

Gürcüstan Azərbaycandan benzin və dizel yanacağının idxalını azaldıb
# 08 sentyabr 2017 12:03 (UTC +04:00)

Gürcüstan ötən ay Azərbaycandan 11,6 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, avqust ayında qonşu ölkəyə idxal olunmuş benzin və dizel yanacağının 11,5%-i Azərbaycanın payına düşüb.

İyul ayı ilə müqayisədə Gürcüstanın Azərbaycandan qeyd olunan neft məhsullarının idxalı 16,7 min ton azalıb. Ötən ay Gürcüstana benzin və dizel yanacağının idxalı 100,1 min ton təşkil edib ki, bu da iyul ayının göstəricisindən 19,3 min ton azdır.

Avqust ayında Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi ölkələrin siyahısına Rumıniya (34,0 min ton) başçılıq edir. Gürcüstan həmçinin Bolqarıstan (20,1 min ton), Rusiya (18,2 min ton), Türkmənistan (8,5 min ton), Yunanıstan (6,5 min ton) və Ukraynadan (1,7 min ton) da sözügedən neft məhsullarını idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR