Xaçmazda 63 yaşlı kişinin ölümü ilə nəticələnən yanğın olub

Xaçmazda 63 yaşlı kişinin ölümü ilə nəticələnən yanğın olub
# 23 dekabr 2016 03:44 (UTC +04:00)

Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evdə baş verib. Nəticədə evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR