Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib

Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib
# 17 yanvar 2018 23:38 (UTC +04:00)

ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.

B.Netanyahu ötən gün bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR