Cəlilabadda minik avtomobili yanıb

Cəlilabadda minik avtomobili yanıb
# 22 aprel 2017 02:42 (UTC +04:00)

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 12 km aralı) “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR