Azərbaycan və Belorus arasında İKT sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb

Azərbaycan və Belorus arasında İKT sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb
# 30 noyabr 2016 14:36 (UTC +04:00)

Məlumat Hesablama Mərkəzi ilə Belarusun "Geoinformasiya idarəetmə sistemləri" holdinqinin idarə şirkəti "AGAT idarəetmə sistemləri" ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-Economics” xəbər verir ki, "AGAT idarəetmə sistemləri" ASC-nin direktorunun birinci müavini Qoryaçko Dmitriy Qemrixoviç və MHM-nin direktoru Elnar Əsədov innovasiya texnologiyaları və kadrların hazırlanması sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq anlaşma memorandumunu imzalayıb.

Beş il müddətinə qüvvədə olacaq bu sazişə uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər arasında imkanların birləşdirilməsi, kadrların hazırlanması üçün zəruri infrastrukturun yaradılması, ölkələrarası perspektiv innovasiya layihələrinin birgə inkişaf etdirilməsi və tətbiqi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması istiqamətində müvafiq tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR