Gəncə sakinini qayınatası döyüb

Gəncə sakinini qayınatası döyüb
# 07 sentyabr 2017 22:16 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Tural müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, T. Quliyev qayınatası tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR