Şəkidə avtomobil iki piyadanı vurub, 15 yaşlı oğlan ölüb

Şəkidə avtomobil iki piyadanı vurub, 15 yaşlı oğlan ölüb
# 17 oktyabr 2016 15:01 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə avtomobil iki piyadanı vurub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Vərəzət kəndi ərazisində qeydə alınıb.

Vərəzət kənd sakini Rizvan Etibar oğlu İbrahimov idarə etdiyi “Mercedes” markalı, 10 XE 885 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadaları - Vərəzət kənd sakini, 2001-ci il təvəllüdlü Təmraz Mahir oğlu Mustafayevi və Baş Zəyzid kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Mövlan oğlu Həbubullayevi vurub. Rizvan İbrahimov piyadaları vurduqdan sonra idarəetməni itirərək maşını yolun kənarındakı daş hasara çırpıb. 15 yaşlı Təmraz Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər piyada Valeh Həbibullayev isə kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR