Nazir müavini: "Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır"

Nazir müavini: "Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır"
# 30 may 2018 09:22 (UTC +04:00)

"Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır".

APA-Economics”in məlumatına görə, bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki Bakıda keçirilən XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransının “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyadakı çıxışında bildirib.

Onun sözlərinə görə, Yaponiya şirkəti 2002-ci ildən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) və “Azəri-Çıraq-Günəşli” (AÇG) layihələrində səhmdardır: "AÇG ilə bağlı yeni sazişin imzalanması və işlənmənin müddətinin 2050-ci ilədək uzadılması Yaponiyanın Xəzər regionu üzrə enerji strategiyası baxımından əhəmiyyət daşıyır. Bizim ölkə enerji təhlükəsizliyinin gücləndirilməsi və mənbələrin şaxələndirilməsində maraqlıdır. Xəzər regionunda nəhəng neft-qaz potensialı mövcuddur. Yaponiyanın Xəzər regionu ilə yaxşı əlaqələr qurub və bu, geosiyasi əhəmiyyət daşıyır. Biz Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıyıq".

Yaponiyalı nazir müavini bildirib ki, Xəzər regionunda nəhəng neft-qaz potensialı mövcuddur ki, bu da böyük ümidlər verir: Yeni yataqların işlənilməsində yeni texnologiyalardan istifadə edilməlidir. Artıq Yaponiya şirkətləri Qazaxıstanda 3 kəşfiyyat işləmələrində iştirak edirlər. Azərbaycanda da kəşfiyyat işlərini aparmaq istərdik”, - deyə D. Hiraki bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR