Azərbaycan snayperləri Qazaxıstanda keçirilən yarışların növbəti mərhələsinə yüksəliblər

Azərbaycan snayperləri Qazaxıstanda keçirilən yarışların növbəti mərhələsinə yüksəliblər
# 04 avqust 2017 17:15 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.

Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri isə zəif nəticə göstərərək yarışları tərk ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR