Kolleclərə sənəd verən 7365 abituriyent ərizəsini təsdiq edib

Kolleclərə sənəd verən 7365 abituriyent ərizəsini təsdiq edib
# 13 mart 2018 12:38 (UTC +04:00)

2018/2019-cu tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizələrin qəbulu martın 1-dən başlayıb və martın 27-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 13 mart saat 16:30-a olan məlumata əsasən, 7365 abituriyent (Azərbaycan bölməsi - 7159; rus bölməsi - 206) elektron ərizəsini təsdiq edib.

Kolleclərin müsabiqəsində iştirak etmək istəyən istər cari ilin, istərsə də əvvəlki illərin məzunları qeyd olunan tarixdə elektron ərizələrini ( http://eservices.dim.gov.az/erizetex/erize/?frm=egov ) doldurmalı və onun təsdiqini təmin etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR