Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq

Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
# 22 fevral 2019 10:30 (UTC +04:00)

Yaxın vaxtlarda Bakı şəhərinin Yasamal rayonunda ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin açılması gözlənilir.

Əmək və Əhalinin Sososial Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.

Mərkəzlərdə dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən, vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq. Bu xidmətlərə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR