KTMT terror təşkilatlarının vahid siyahısını hazırlayıb

KTMT terror təşkilatlarının vahid siyahısını hazırlayıb
# 30 noyabr 2017 19:28 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri terrorçuluqla mübarizə naminə BMT-yə üzv dövlətləri və beynəlxalq təşkilatları geniş koalisiya çərçivəsində birləşməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə KTMT üzv ölkələrin rəhbərlərinin qəbul etdiyi birgə bəyannamədə deyilir.

Bundan başqa, Belarus XİN rəhbəri Vladimir Makey KTMT-də terror təşkilatlarının vahid siyahısının hazırlandığını bildirib.

Qeyd edək ki, bu gün Minskdə Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR