ABŞ Dövlət Departamenti: İŞİD İraqda 56% ərazisini itirib

ABŞ Dövlət Departamenti: İŞİD İraqda 56% ərazisini itirib
# 29 noyabr 2016 04:22 (UTC +04:00)

İŞİD terror təşkilatı Iraqda nəzarəti altında saxladığı ərazinin 56%-ni itirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

“İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 56%-i, Suriyada isə təxminən 27%-i itiriblər”, məlumatda qeyd edilir.

Oktyabrın 17-dən, Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyatda minə yaxın İŞİD silahlısı məhv edilib.

Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR