Lavrov: "Rusiya müdaxilə etməsəydi, terrorçular Dəməşqi 2-3 həftə ərzində tutacaqdı"

Lavrov: "Rusiya müdaxilə etməsəydi, terrorçular Dəməşqi 2-3 həftə ərzində tutacaqdı"
# 17 yanvar 2017 10:20 (UTC +04:00)

"Rusiya Suriya münaqişəsinə müdaxilə etməsəydi, paytaxt Dəməşq 2-3 həftə ərzində terrorçular tərəfindən tutulacaqdı".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Suriya hökumətinin qanuni xahişi əsasında bizim Suriya məsələsinə müdaxiləmiz düzgün addım oldu. Bu, BMT qətnamələrinin tələb etdiyi kimi, Suriyanın çoxmillətli və çoxkonfessiyalı qalmasına imkan verdi" deyən S. Lavrovun sözlərinə görə, BMT-nin Suriyaya dair qətnamələrinin yerinə yetirilməsini istəməyənlər cinayət törədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR