Qaxda Bayraq Muzeyinin açılışı olub

Qaxda Bayraq Muzeyinin açılışı olub
# 03 avqust 2017 14:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, inşasına 2016-cı ildə başlanılan Bayraq Meydanı kompleksi istifadəyə tam hazırdır. Ərazisi üç hektar olan kompleksin inşası rayonun daxili imkanları hesabına həyata keçirilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR