Prezident “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncamına dəyişiklik edib

Prezident “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncamına dəyişiklik edib
# 07 avqust 2017 16:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:

rəhbər

365

rəhbərin müavini

345

sektor müdiri, baş mühasib

315

baş məsləhətçi

290

böyük məsləhətçi

285

aparıcı məsləhətçi

280

məsləhətçi

275

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR