NATO Donbasdakı atəşkəsi alqışlayıb

NATO Donbasdakı atəşkəsi alqışlayıb
# 24 avqust 2017 01:06 (UTC +04:00)

NATO avqustun 25-dən Ukraynanın cənub-şərqində atəşkəs rejiminin tətbiq edilməsini alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə NATO-nun Brüsseldəki igamətgahından bildirilib.

“NATO Donbasda atəşin dayandırılması barədə razılaşmanı, müddətsiz atəşkəs rejiminin tətbiq edilməsi səylərini alqışlayır”, deyə Şimali Atlantika Alyansının nümayəndəsi qeyd edib.

Ötən gün Ukrayna üzrə təmas qrupu avqustun 25-dən Donbasda atəşkəs rejiminin tətbiq edilməsinə dair razılığa gəlib.

Bundan əvvəl “Normand dördlüyü”nün liderləri Ukraynanın cənub-şərqində atəşkəs rejiminin tətbiqini dəstəkləyiblər. “Normand dördlüyü” (Fransa, Almaniya, Rusiya və Ukrayna) formatında danışıqlara 2014-cü ildə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR