Kolumbiyada 30 nəfəri öldürməkdə şübhəli bilinən yeniyetmə tutulub

Kolumbiyada 30 nəfəri öldürməkdə şübhəli bilinən yeniyetmə tutulub
# 04 fevral 2017 01:35 (UTC +04:00)

Kolumbiyada 30 nəfəri öldürməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan yeniyetmə cinayətləri 5 il ərzində törədib.

Məlumata əsasən, əvvəllər Kali şəhərində fəaliyyət göstərən cinayətkar qrupun üzvü olan yeniyetmə sonra mütəşəkkil cinayətkar dəstə yaradıb.

Qeyd olunur ki, yetkinlik yaşına çatmadığına görə onun cəmi 8 il müddətinə azadlıqdan mərhum edilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR