Braziliyada 11 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 64 nəfər xəsarət alıb

Braziliyada 11 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 64 nəfər xəsarət alıb
# 17 iyul 2018 00:24 (UTC +04:00)

Braziliyada 11 avtomobilin toqquşması nəticəsində azı 8 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Minas-Jerays ştatında magistral yolda baş verib. Məlumata görə, qəza zamanı 5 minik, 5 yük avtomobili və 1 avtobus toqquşub. Qəzadan sonra hadisə yerində yanğın baş verib.

Son məlumata görə, qəza nəticəsində 64 nəfər xəsarət alıb. Ölənlərdən dördü diri-diri yanıb.

Yolda hər iki istiqamətdə hərəkət dayandırılıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR