Meksikanın cənub-şərqində qədim mayalılara aid saray aşkarlanıb.
APA “voiceamerica”ya istinadən xəbər verir ki, Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı tapıblar.
Sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir.
İnşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir.
Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini - altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib.
Qeyd edək ki, qüdrətli Maya İmperiyasının ən güclü dövrü təxminən 250- 900-cü illərdə yaşanıb və bu dövr klassik dövr adlanıb. O dövrlərdə imperiya hazırda Qvatemala, Honduras və Salvadorun qərb hissəsində olan əraziləri əhatə edirdi.