Rusiya XİN rəhbəri: “ATƏT-in potensialının Ukrayna böhranının həllinə yönəldilməsini istəyirik”

Rusiya XİN rəhbəri: “ATƏT-in potensialının Ukrayna böhranının həllinə yönəldilməsini istəyirik”
# 18 yanvar 2017 12:04 (UTC +04:00)

"Avstriyalı həmkarımla görüşümüz konstruktiv keçdi".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov avstriyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsla keçirdiyi mətbuat konfransında bildirib.

"Biz geniş spektrli məsələləri müzakirə etdik. Qeyd etdik ki, Avropa qitəsində vəziyyətin asan olmamasına baxmayaraq, Rusiya-Avstriya münasibətləri uğurlu şəkildə inkişaf edir. Avstriya hazırda ATƏT-ə sədrlik edir. Bu təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətimizi müzakirə etdik. Rusiya və Avstriya əmindir ki, ATƏT ümumavropa məkanında gündəlikdə olan əsas məsələlərin vacib müzakirə meydançası olaraq qalmalıdır. Biz Avstriya kimi ATƏT-in potensialının Ukrayna böhranının həllinə yönəldilməsinin tərəfdarıyıq. Minsk razılaşmasının ardıcıl və alternativsiz olaraq həyata keçirilməsinin vacibliyini qeyd etdik. Bildiyiniz kimi bu razılaşma Donbasa xüsusi status verilməsini, bu statusun konstitusiyaya salınmasını, regionda seçkilər keçirilməsini və əfv məsələsini özündə ehtiva edir. Bütün bunlar ATƏT-in və Normand formatının vasitəçiliyi ilə birbaşa Kiyevlə Donetsk və Luqansk arasında dialoq vasitəsi ilə baş tutmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR