Rusiya XİN: Diplomatların ölkədən çıxarılması ilə bağlı Vaşinqtona cavab verməyə hazırıq

Rusiya XİN: Diplomatların ölkədən çıxarılması ilə bağlı Vaşinqtona cavab verməyə hazırıq
# 14 iyul 2017 10:43 (UTC +04:00)

"Moskva Vaşinqtona diplomatik əmlakın və diplomatların ölkədən çıxarılması məsələsi ilə bağlı cavab verməyə hazırdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz heç vaxt bu barədə tələsmirik. Çox uzun fasilə götürülmüşdü. Lakin məsələ uzandı. Əgər amerikalı tərəfdaşlarımız başqa cür başa düşmürlərsə, hansısa məqamda məhz bu istiqamətdə fəaliyyətə başlayacağıq. Rusiya ABŞ səfirliyinin əməkdaşlarının sayını azaltmağa hazırdır. Əgər bu məsələdə hərəkət olmasa, biz doğrudan da cavab tədbirləri görəcəyik. Bu barədə dəfələrlə xəbərdarlıq etmişik", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR