Netanyahu: “ABŞ ilin sonunadək səfirliyini Yerusəlimə köçürəcək”

Netanyahu: “ABŞ ilin sonunadək səfirliyini Yerusəlimə köçürəcək”
# 17 yanvar 2018 22:16 (UTC +04:00)

ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu Hindistanda səfərdə olarkən İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Bundan əvvəl ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Reks Tillerson səfirliyin Yerusəlimə köçürülməsinə bir ildən çox vaxt tələb olunacağını bildirib.

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR