Mahmud Məmmədquliyev: “Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə hazırlıq işləri gedir”

Mahmud Məmmədquliyev: “Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə hazırlıq işləri gedir”
# 25 noyabr 2016 17:55 (UTC +04:00)

"Ola bilsin ki, gələn il Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar başlasın".

APA- nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, hər iki tərəfdə bununla bağlı hazırlıq işləri gedir: "Hazırda nümayəndə heyətlərinin formalaşması prosesi gedir. Mən deyə bilərəm ki, faktiki olaraq bütün qurumlar iştirak edəcək. Şübhəsiz ki, əsas qurum rolunda XİN olacaq. Çünki bu qurum koordinatordur. Eyni zamanda, şübhəsiz ki, enerji, iqtisadiyyat və digər sahədən olan qurumlarda təmsil olunacaq".

Mahmud Məmmədquliyev əlavə edib ki, danışıqlarda siyasi cəhətdən ilkin məsələ Dağlıq Qarabağ münaqişəsində Aİ-nin qəti mövqeyinin olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR