Bundestaqın üzvü: "Almaniya və Türkiyə arasında əlaqələrin sabit olmasını arzulayırıq"

Bundestaqın üzvü: "Almaniya və Türkiyə arasında əlaqələrin sabit olmasını arzulayırıq"
# 02 oktyabr 2017 16:37 (UTC +04:00)

"Almaniya və Türkiyə arasında əlaqələrin sabit olmasını arzulayardıq. Bilirsiniz ki, Almaniyada türk mənşəli vətəndaşlar çoxdur, onlarla sülh şəraitində yaşamaq istəyirik".

Bunu APA-ya açıqlamasında Almaniya Bundestaqının üzvü Kai Gerinq deyib.

K. Gerinq bildirib ki, bunun üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demokratik prinsiplərə qayıtmalıdır: "İnsan hüquqları və qanunun aliliyi çox vacibdir. Əlbəttə ki, Almaniya vətəndaşları səbəbsiz yerə Türkiyədə həbs olunursa, biz bunu sakit qarşılaya bilmərik".

Deputat Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib ki, hazırda danışıqlar dondurulub: "Bizim üçün qanunun aliliyi, fikir azadlığı, insan hüquqlarının qorunması kimi demokratik məqamlar var. Türkiyə bu məqamları nəzərə alarsa, o halda müzakirələr davam etdirilə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR