Prezident İlham Əliyev: “Bəlkə də heç kim inanmırdı ki, Azərbaycan Avropa Oyunlarında ikinci yeri tutacaq”

Prezident İlham Əliyev: “Bəlkə də heç kim inanmırdı ki, Azərbaycan Avropa Oyunlarında ikinci yeri tutacaq”
# 29 iyun 2015 15:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2015” I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla ilə görüşdəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir: “Yəqin ki, bu günlər ərzində hamımız bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olub ki, bunu sözlə təsəvvür etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi – bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR