Cəlilabadda kütləvi dava olub, xəsarət alanlar var

Cəlilabadda kütləvi dava olub, xəsarət alanlar var
# 09 mart 2019 22:53 (UTC +04:00)

Cəlilabadda kütləvi dava olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakinləri olan bir qrup şəxs arasında dava düşüb. Nəticədə 1948-ci il təvəllüdlü Mehmanağa Miriyev, 1982-ci il təvəllüdlü Ceyhun Əhmədov və 1991-ci il təvəllüdlü Mirvahid Miriyev xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kütləvi davanın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR