Ermənistanın Gürcüstandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb

Ermənistanın Gürcüstandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb
# 01 dekabr 2017 10:20 (UTC +04:00)

Ermənistanın Gürcüstana təyin olunmuş yeni səfiri Ruben Sadoyan səlahiyyətlərinin icrasına başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, səfir etimadnaməsinin surətini Gürcüstan xarici işlər nazirinin müavini David Zalkalianiyə təqdim edib.


Görüşdə ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivəri nəzərdən keçirilib. Tərəflər iki ölkə arasında siyasi və ticari-iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələsinə də toxunub.

Ermənistan səfiri etimadnaməsini Gürcüstan prezidentinə də təqdim edib.

Qeyd edək ki, 2014-cü ildən Ermənistanın Gürcüstandakı səfiri olmuş Yuri Vardanyan sağlamlıq vəziyyəti ilə bağlı səlahiyyətlərinin icrasını davam etdirə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR