Mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
# 31 iyul 2017 13:21 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Elxan Süleymanlının APA-ya verdiyi məlumata görə, iclasda hökm oxunub. Hökmə əsasən, S. Quliyev 11 il, H. Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror S. Quliyevin 11 il 6 ay, H. Quliyevanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Sahib Quliyev və onun anası Həcər Quliyeva “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq ediblər. Sahib Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb.

Rasim Salmanov şikayət ərizəsində Sahib Quliyevin onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirdiyini qeyd edib. Eyni dələduzluq əməlində Sahib Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir.

“Bizim Marketlər” şəbəkəsinin bank hesabı həbsdə olan Sahib Quliyevin adına olub. Rasim Salmanov iddia edir ki, Sahib Quliyev bundan istifadə edərək külli miqdarda pulu ələ keçirib.

H. Quliyeva R. Salmanovun baldızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR