Beynəlхalq Yer Günü ilə əlaqədar iməcilik keçirilib

Beynəlхalq Yer Günü ilə əlaqədar iməcilik keçirilib
# 22 aprel 2017 10:14 (UTC +04:00)

Hər il olduğu kimi, bu gün də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "22 aprel - Beynəlхalq Yer Günü" ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında iməcilik keçirilib.


Nazirliyin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, iməcilikdə qurumun əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Aksiyada sözügedən ərazinin 55 hektar sahəsində abadlıq işləri görülüb, o cümlədən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Qeyd edək ki, "22 aprel - Beynəlxalq Yer günü" ilə əlaqədar regionlarda da Nazirliyin yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.


Xatırladaq ki, “Beynəlxalq Yer günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən sonra isə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR