Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Dekabr
# 22 dekabr 2016 17:22 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Ankara artıq Əsədi düşmən hesab etmir. Nə hesab etdiyini hələ açıqlamayıb, amma düşmən gözü ilə baxmadığı dəqiqdir. Ankara bu mövqeyini Moskvada imzalanan üçtərəfli bəyannamədə əks etdirib. Bu bəyannamə Suriyanın gələcəyi baxımından mühüm sənəd olduğunu artıq təsdiqləmək üzrədir. Suriya hökumətinin Moskvada imzalanan sənədi müsbət qəbul etdiyinə dair bəyanat verib, Dəməşqin bu mövqeyi həm də Türkiyə-Suriya barışığının qeyri-rəsmi etirafı sayılmalıdır. Moskva razılaşmasının real nəticələri göz qabağındadır. Rusiyanın dəstəyi ilə Hələbdən 37 min 500 mülki şəxs təxliyə olunub, İŞİD üçün böyük önəmə malik olan Dabık qəsəbəsi terrorçulardan təmizlənib, Əl-Bab şəhərinin İŞİD-dən geri alınması an məsələsidir. Türkiyənin bu razılaşmadan qazancı təkcə Əl-Babla bitməyəcək, Afrin və Münbiç qəsəbələrinin də təmizlənməsi ilə Ankaranın nəzarətinə keçən bölgənin miqyası artmış olacaq.

Vüqar HÜSEYNOV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR