Hindistan-Pakistan sərhədində növbəti atışma baş verib, 11 nəfər ölüb

Hindistan-Pakistan sərhədində növbəti atışma baş verib, 11 nəfər ölüb
# 17 noyabr 2016 02:48 (UTC +04:00)

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 11 hindistanlı hərbçi həlak olub.

APA-nın “Dawn” saytına istinadən verdiyi xəbərə görə, bunu Pakistan ordusu Baş qərargahının rəisi Rahil Şərif bəyan edib.

Noyabrın 14-də Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş silahlı insident zamanı 7 pakistanlı hərbçinin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR