Bakıda "Keloğlan Masalları" interaktiv müziklı təqdim olunub

Bakıda "Keloğlan Masalları" interaktiv müziklı təqdim olunub
# 23 oktyabr 2017 10:19 (UTC +04:00)

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə "Keloğlan Masalları Müzikali-2. Uzun-Huysuz Uzayda" yeni interaktiv müziklı təqdim olunub.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan "Keloğlan Masalları" müziklının yeni bölümü uşaqların marağına səbəb olub.

Yalnız bir gün və iki seans olan müzikl mahnıları, rəqsləri, qəhrəmanları, mövzusu ilə uşaqlara, eləcə də böyüklərə möhtəşəm əyləncə bəxş edib.

Qeyd edək ki, APA, APA TV, Lent.azVesti.az müziklın informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR