Goranboyda 20 yaşlı oğlanı maşın vurub

Goranboyda 20 yaşlı oğlanı maşın vurub
# 17 avqust 2015 07:12 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyda yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Fəxri Eyvazov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Zərdab rayon sakini, Toğrul Qasımovu vurub. Yaralı əvvəlcə Goranboy rayon Mərkəzi xəstəxanasına oradan isə Gəncədəki xəstəxanaların birin aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR