Bakıda yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub
# 13 dekabr 2016 06:27 (UTC +04:00)

Bu gecə Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m2 olan mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR