Ekvadorda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb

Ekvadorda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb
# 14 yanvar 2017 16:31 (UTC +04:00)

Ekvadorda iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident ölkənin Quayas əyalətində baş verib.

Məlumata görə, qəzaya düşən avtobuslardan birində məktəblilər olub.

Yaralılar xəstəxanalara yerləşdiriliblər, qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR