Londonun Vestminster körpüsü şübhəli avtomobil səbəbindən bağlanıb

Londonun Vestminster körpüsü şübhəli avtomobil səbəbindən bağlanıb
# 09 mart 2019 22:17 (UTC +04:00)

Londonda Vestminster körpüsü şübhəli avtomobil səbəbindən bağlanıb.

ONA-nın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, ərazi polis tərəfindən əhatəyə alınıb və helikopterlər vasitəsi ilə körpünün ətrafına nəzarət gücləndirilib.

London polisinin məlumatına görə, müvafiq araşdırmadan sonra körpünün yaxınlığında park olunan şübhəli avtomobilin təhlükəli olmadığı məlum olub. Bundan sonra körpüyə giriş bərpa edilib.

Qeyd edək ki, martın 6-da İngiltərə polisi Londonda hava limanında 3 bağlama partlayıcı maddə aşkar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR